30 İyun 2014 10:51
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Azərbaycan tərəfinin qarşı tərəfə verdiyi cavab atəşi barədə yazıb.

Qeyd edək ki, iyunun 27-də Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulmuşdu.

Kənd icra nümayəndəsi Valeh Rzayevin məlumatana görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altında olub. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb.

Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçmişdi. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.

Erməni KİV bu gün hadisə barədə informasiya yayıb. Ermənilər məlumatda atəşkəsin qarşı tərəfin pozduğunu iddia ediblər. "Qarşı tərəfdən açılan atəş əvvəlkindən intensiv idi. İriçaplı silahlardan atəş açılıb. Atəş nəticəsində ərazidə basdırılmış minalar partlayıb, yanğın başlayıb", - deyə məlumatda bildirilib./ans press/


Müəllif: