Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 28-nə hava proqnozunu açıqlayıb.
Departamentdən Teleqraf.com-a verilən məlumata görə, sabah səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.