30 Noyabr 2016 20:52
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym Yəməndəki Husi üsyançılarının Məkkə şəhərinə yönəlik raket hücumunu pisləyib.

Teleqraf.com-un məlumatına görə, səfir bildirib ki, sözügedən hücum təkcə Səudiyyə Ərəbistanına deyil, bütünlükdə İslam dünyasına qarşı təcavüzdür: “Bunu dünya müsəlmanlarına qarşı mənfur hərəkət sayırıq. Səudiyyə Ərəbistanı istəyir ki, qardaş Yəmən Respublikasında sülh və əmin-amanlıq bərqərar olsun, orada xalq tərəfindən seçilən qanuni hökumət öz hakimiyyətini ələ alsın. Bu terror addımlarına müsəlman ölkələri ciddi reaksiya göstərməlidir. Çünki müqəddəs Məkkə şəhəri bütün müsəlmanların qibləgahı sayılır. Təəssüflər olsun ki, Husi üsyançılarının Məkkəyə hücumunun arxasında regionda öz qonşularının inkişafını istəməyən dövlət dayanır. Səudiyyə Ərəbistanı müsəlman ölkələrində sülh və sabitliyin olmasını arzu edir”.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər