8 Fevral 2017 12:31
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayıb, hökumətə təqdim edib".

Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq: "Ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə, yəni, qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər hökumətə təqdim olunub. Təklifə hökumətdə baxılır".

Nazir qeyd edib ki, dəyişiklik qəbul olunduğu təqdirdə yüksək akademik nailiyyətlər göstərən tələbələr tədrisə dərhal başlaya biləcəklər: "Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, amma ali təhsil almaq istəyən tələbələr bir sıra itisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.

İlhamə ƏBÜLFƏT


Müəllif: