17 Fevral 2017 12:39
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah fevralın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


Müəllif: