23 Fevral 2017 16:53
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyan hadisədir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası çərçivəsində Avropa Komissiyası ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, elə bir ölkə yoxdur ki, bu layihə haqqında məlumatlı olmasın: “Avropa ölkələrinin diqqəti Azərbaycandadır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan dövləti tərəfindən, prezidentin təşəbbüsü ilə yaradılıb. Bu ideyanı Avropa Komissiyası yüksək səviyyədə dəstəkləyib.

Bir neçə ildir ki, bu layihə həyata keçirilir. Bu, artıq III Məşvərət Şurasının icasıdır. Bu bizə imkan verir deyək ki, Cənub Qaz Dəhlizi böyük bir layihədir”.

Natiq Əliyev qeyd edib ki, dünya iqtisadi böhranla üzləşib, belə bir layihənin həyata keçirilməsi hər kəsdən böyük səy tələb edir: "Bu günkü iclasda layihə rəhbərlərinin çıxışlarını dinlədik. Dünya bankları da bu layihəhə maraq göstərir və maliyyələşdirilməsinə yardım edəcəklər".

Energetika naziri deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində hansısa tərəf öz öhdəliyini yerinə yetirməsə, cərimələnəcək.

Nazir xatırladıb ki, layihə 40 milyard dollar dəyərindədir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər