Mikayıl Müşfiqin Bakının Nəriman Nərimanov prospektində (keçmiş "Sovetski") qoyulmuş büstünün dağıdılması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, Bakının "Sovetski" adlandırılan ərazisində Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Ərazidə abadlıq və yenidənqurma işləri aparılır. Görkəmli şair Mikayıl Müşfiqin abidəsi də həmin əraziyə düşür. Ona görə də aidiyyəti qurumlarla - Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlarla razılaşdırılaraq həmin abidə ziyan dəyməmək məqsədilə götürülərək anbarda saxlanılır.
Həmin ərazidə kiçik park var idi. Yenidənqurmadan sonra həmin park daha böyük ərazini əhatə edəcək və abidə yenidən ora qaytarılacaq".
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti heykəlin dağıdılmadan götürüldüyü barədə şəkillər yayıb.
İlhamə ƏBÜLFƏT