6 İyul 2017 15:53
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılmasa, insan tələfatı halları tez-tez baş verə bilər.

Teleqraf.com-un məlumatına görə, bunu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Böyük Britaniya parlamentinin üzvü Baronessa Zahidə Mənsur deyib.

O, istənilən insan tələfatının faciə olduğunu bildirib:

"Azyaşlı uşağın qətlə yetirilməsi isə xüsusilə ağırdır. Lakin erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər