5 Sentyabr 2017 11:12
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə çağırış etmək üçün son dərəcə utanmaz və həyasız olmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın din xadimlərinin Azərbaycanın İsraildə səfirlik açmaması üçün ölkəmizə müraciətinə reaksiya verərkən deyib.

Onun sözlərinə görə, İsrail bizə müdafiə olunmaq və işğala son qoymaq üçün müasir silah satır və təkcə bu fakt kifayət edir ki, Azərbaycanın İsraildə səfirliyi olsun:

“Bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan, onların torpağını işğal edən Ermənistanda səfirlik açıb və bunu edənlərlə öpüşüb hər cür əməkdaşlıq edən ölkənin təmsilçisi, xüsusilə də Azərbaycan türkü gərək ölüb yerə girə ki, bizə ağıl verə”.

Qeyd edək ki, İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb. Bu, İranın dini rəhbərlik nümayəndələrinin Azərbaycanı İsraillə münasibətlərdən imtina etməyə çağıran ilk cəhdləri deyil. Ötən ilin dekabrında – İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfərə gələrkən Qərbi Azərbaycan ostanının ruhani nümayəndəsi Seyid Mehdi Qureyşi həmin səfəri yolverilməz adlandırmışdı. Ərdəbildəki ruhani nümayəndə Seyid Həsən Ameli isə İranla həmsərhəd olmasını İsrailin Azərbaycana göstərdiyi marağın yeganə səbəbi olduğunu demişdi.


Müəllif: Kəmalə

Oxşar xəbərlər