“Yaşıllar” Partiyasından olan Cem Özdəmir Almaniya xarici işlər naziri ola bilər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vol Strit” jurnalı məlumat yayıb.
Nəşr bildirir ki, Almaniyanın hazırki hökuməti koalisiya ilə bağlı razılaşsa, Özdəmir XİN rəhbəri təyin ediləcək.
Qeyd edək ki, seçkinin nəticələrinə əsasən, kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33 faiz səs toplayıb. İkinci yerdə 20.5 faizlə Sosial-Demokrat, üçüncüdə isə 12.6 faizlə "Almaniya üçün" Alternativ Partiyası qərarlaşıb.
Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10.7 faiz), Sol Partiya (9.2 faiz) və Yaşıllar Partiyası (8.9 faiz) Bundestaqda təmsil olunacaqlar.