Rusiya Prezidenti Putinin rus qoşunlarıının Suriyadan çıxarılması haqda qərar verməsi Türkiyənin işinə yarayacaq.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Putinin verdiyi bu əmrdən sonra PKK-nın işğalı altında olan Afrində vəziyyət dəyişəcək. Bu ərazidə olan 300 rus əsgəri çəkildikdən sonra Türk Silahlı Qüvvələrinin Afrin əməliyyatı hər an başlaya bilər.
Hələb şəhərinə aid Afrinlə yanaşı Kefer, Cenne, Matar, Zira, Rakodakı rus hərbçilər də ölkələrinə qayıdacaq.
Türkiyə ilə Rusiya arasında baş verən təyyarə böhranından sonra Afrində 800 rus əsgəri mövcud idi. Moskva-Ankara yaxınlaşmasından sonra bu əsgəri heyətin sayı 300 nəfərə qədər azaldıldı.
Matar, Minnag, Hörbülə uzanan 170 kilometrlik ərazidən rusların çəkilməsi barədə qərardan sonra türk ordusunun Afrinə girəcəyi fikri hakimdir.
Media iddia edir ki, Suriyanın Lazkiyə, Tartus və Homs bölgələrində hərbi hissələr inşa edən Rusiyanın geri çəkilməsinin səhnə arxasında əslində İran, Rusiya və Türkiyənin birgə quracağı ortaq hərbi layihə durur.
İddia edilir ki, Hama, Homs, Hələb, Lazkiyə və Dera bölgələrində təhlükəsizlik və sülhün təsis edilməsi, onun qorunması üçün ortaq hərbi layihə müzakirə edilib.
Digər iddia isə ondan ibarətdir ki, Suriyada davamlı sülhün təminatı, demokratik seçkilərin keçirilməsi, terror təhdidinin ortadan qaldırılması üçün ortaq hərbi layihəyəyə müttəfiqlərin 20 min əsgəri cəlb ediləcək.