Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün səhər ölkə qəzetlərinin Ankara təmsilçiləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, M.Çavuşoğlu İrandakı olayları dəyərləndirərkən deyib:
"İrandakı nümayişlərə iki şəxs dəstək verir – Netanyahu və Tramp. Qarşıdurmanın dərhal dayandırılmasını, sabitliyin əldə edilməsini istəyirik. İranı tənqid edən ölkələrin səmimi və ikili standartlardan uzaq olması gərəkdir. Misirdə çevriliş oldu, hər kəs dəstək verdi. Bəs, deyirdiniz çevrilişə qarşıyıq?"
M.Çavuşoğlu Həsən Ruhaninin açıqlamalarını yetərli hesab etdiklərini vurğulayıb:
"İstəyimiz bu qarışıqlığın dərhal bitməsidir".