12 İyun 2018 17:09
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərləndiyi üçün Bakıya gətirilən 4 xəstənin səhhətində mənfiyə doğru hər hansı dəyişiklik olmasa iki gün ərzində evə buraxılacaqlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri Respublika Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, xəstələrin zəhərlənmə ilə bağlı narahtlıqları yoxdur. “Sistematik şikayətləri var, onlara qarşı kardioloq, nevropotoloq, psixoloqlarla birgə tədbir görülür. Xəstələr həkim nəzarəti altındadır. Zəhərlənmə ilə bağlı tipik şikayətləri yoxdur. Özlərini tam rahat hiss etdikdən sonra evə buraxılacaqlar.

Əslində xəstələrin ciddi problemi olmayıb, sadəcə şikayətləri digər xəstələrdən fərqli olduğu üçün Bakıya göndəriliblər. Onlardan iki nəfəri Saatlıda, iki nəfəri isə Sabirabadda yaşayır”.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər