15 İyun 2018 14:12
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Novruz Məmmədov müqəddəs Ramazan bayramı və Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı təbrikini sosial şəbəkə vasitəsilə yayıb.

"Hamını müqəddəs Ramazan bayramı və xalqımızın Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizin ailəsinə xoşbəxtlik, səadət, firavanlıq və ürəyinizdə tutduğunuz arzu və niyyətlərinizin həyata keçməsini diləyirəm", - təbrikdə vurğulanır.


Müəllif: Teleqraf.com