9 İyul 2018 11:10
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov, Rusiya Federasiyası, Stefan Viskonti, Fransa və Əndrü Sxofer, ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər