13 Sentyabr 2018 14:34
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək.

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, iclasla bağlı hazırlıq işləri davam edir: “Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb”.

Onun sözlərinə görə, yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq: “Təntənəli iclasda iştirak üçün bu ölkələrdən 14-nün parlament sədri Bakıya gələcək, 13 ölkə sədr müavinləri, 11 ölkə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq”.

O qeyd edib ki, tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.

A.Təvəkküloğlu təntənəli yubiley tədbirinin Milli Məclisin inzibati binasında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər