Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Hüquq və siyasi məsələlər komitəsinin 52-ci iclasında iştirak etmək üçün Yunanıstana səfər edib.
Teleqraf.com xəbər verir ki, iclas oktyabrın 19-da başa çatacaq.
Kavala şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, quruma üzv ölkələrdə iqtisadi imkanların genişləndirilməsi barədə müzakirələr aparılacaq, bununla əlaqədar nümayəndə heyətlərinin təklifləri dinləniləcək.