2 Noyabr 2018 14:05
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs Azərbaycanın Dövlət Himnini sevməlidir. Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır. Bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı bildirib.

T.Kərimli deyib ki, Azərbaycan Dövlət Himninin oxunmasına hər kəs ciddi yanaşmalıdır:

“Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı”.


Müəllif: Cavad

Oxşar xəbərlər