15 Noyabr 2018 12:27
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis büdcə müzakirələrini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu gün parlamentdə Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında məsələyə baxılıb.

Milli Məclisin İşlər İdarəsinin rəhbəri Firudin Hacıyev bildirib ki, 2019-ci ilin dövlət büdcəsində parlamentin xərclər smetasının layihəsi təqdim edilib. Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsindən Milli Məclis üçün 27 milyon 69 min 600 manat nəzərdə tutulub. Bu məbləğin 60 faizindən çoxunu əmək haqqı təşkil edir.

Qeyd edilib ki, xarici ölkələrdən gələn qonaqlar, Azərbaycan deputatlarının xarici ölkələrə səfərləri, eləcə də ölkədaxili səfərlərinin sayı artıb. Bu səbəbdən də hökumətə təklif edilib ki, Milli Məclisin 2019-cu il üçün xərclər smetasının bəzi paraqrafları üzrə maliyyə artırılsın. Konkret olaraq dəftərxana üçün 50 min manat, xarici ezamiyyətlər paraqrafı üzrə 200 min manat, avadanlıqların alınması üçün 150 min manat, icarə və muzdlu xərclər paraqrafı üzrə 200 min manat, parlamentin avtoparkının maddi texniki bazası üçün 200 min manat əlavə vəsait istənilib.


Müəllif: Cavad

Oxşar xəbərlər