Rusiya Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə Federal xidmət “Qara cümə” ilə əlaqədar yalançı endirim kampaniyası həyata keçirən fırıldaqçı saytlar barədə əhaliyə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, federal xidmət bu cür saytların istifadəçilərin şəxsi məlumatlarını qanunsuz olaraq əldə etdiklərini açıqlayıb.
“Alıcıların diqqətini cəlb etmək üçün dələduzlar aksiyada iştirak edən məşhur markaların loqotiplərindən istifadə edirlər”, - deyə bildirilir.
Federal xidmət “Qara cümə”nin qurbanı olmamaq üçün əhaliyə diqqətli olmağı tövsiyə edib.