6 Fevral 2019 16:57
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən gün gecə saatlarında ölkəmizin bir neçə rayonunda yeraltı təkan qeydə alınıb. Zəlzələ Şamaxı rayonunda daha çox hiss olunub ki, bunun nəticəsi olaraq ərazidə xeyli dağıntılar qeydə alınıb, bir neçə ailə yeraltı fəlakətdən zərər çəkib".

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupununu yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, hadisə baş verən andan Şamaxı rayon polis şöbəsinin bütün əməkdaşları tam səfərbər olaraq ərazidə gücləndirilmiş xidmət aparıblar. Belə ki, onlar təbii fəlakətdən nəticəsində dağıntılara məruz qalmış yaşayış binalarının, iaşə obyektlərinin yanında xidmət apararaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədiylə onlara istər fiziki, istərsə də mənəvi dəstək olublar.

"Bir neçə ailəyə mənizllərindən yüklərin çıxarılmasında, onların daha təklükəsiz yerlərə aparılmasında, eləcə də xəsarət almış vətəndaşların xəstəxanaya çatdırılmasında da polis əməkdaşları köməklik göstəriblər. Bununla yanaşı polis əməkdaşları vətəndaşlarlda fəlakət nəticəsində yaranan həyacanı geridə qoyması üçün onlarla profilaktiki söhbətlər aparıblar. Zəlzələ nəticəsində küçələrə çıxan rayon sakinlərinin mühafizəsi polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunub. Şamaxı rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dağıntılara məruz qalmış ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Təcili Tibbi Yardım Xidmətinin avtomobillərinin yollarda maneəsiz hərəkətlərinin təşkilində köməklik göstəriblər", -deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər