20 Fevral 2019 23:00
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsdərləri Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, həmsədrlər - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə Mnatsakanyanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə edilib. Tərəflər gələcəkdə atılacaq addımlar barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bundan öncə həmsədrlər Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər