15 Aprel 2019 14:34
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda narkotik vasitələrin ticarətinin qarşısını almaq üçün prezidentin tapşırığına əsasən, qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu da risk faizini azaldır.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı konfransa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

S.Mehdiyev bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün bütün gömrük keçid məqtəqələrində müasir tipli avadanlıqlar yerləşdiriləcək:

“Prezidentin tapşırığına əsasən, keçid məntəqələrində Avropanın inkişaf etmiş ölkələrində tətbiq edilən avadanlıqlarından istifadə edilir, bu məntəqələr rentgen qurğular, modern avadanlıqlarla təchiz edilib. Bununla yanaşı bilirik ki, hər zaman narkotik vasitələrin tranziti gözləniləndir. Dövlət başçısının tapşırığı ilə hökümətin digər qrumları ilə yanaşı Dövlət Gömrük Komitəsi müvafiq, xüsusi avadanlıqlarla təchiz edilir. Kinoloji mərkəzimizdəki itlərimiz Avropada uğurlu nəticələr əldə edib. Bir il ərzində aşkarlanan 1 ton 700 kq narkotik vasitələrinin 50%-ə qədəri xüsusi təlim görmüş itlər vasitəsilə müəyyən edilib. İnkişaf etmiş Avropa ölkələri ilə müqayisədə Azərbaycanda narkoticarətdə risk daha azdır. Buna səbəb risklərin minimuma endirilməsi üçün konteynerlərin skanlaşdırılmasıdır, həmçinin ticarət dövriyyəsinin həmin ölkələrə nisbətən az olması buna təsir edir. Yaxın günlərdə hər bir keçid məntəqəsində müasir tipli avadanlıqlar yerləşdiriləcək”.


Müəllif: Gülxar