5 May 2019 15:03
5 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu-2019”da bir sıra dövlət rəsmiləri də iştirak edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) rəisi Mədət Quliyev marafona ailə üzvləri ilə qatılıb.

Ölkəmizdə “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonunda general-polkovniki oğlu Murad Qulubəyli və xanımı Zəhra Quliyeva müşayiət edib.

Marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər