30 Aprel 2014 10:40
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N. Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər