Prezident İlham Əliyev bu gün Qırğız Respublikası baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tayırbek Sarpaşev Qırğızıstan prezidenti Almazbek Atambayevin salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrin razılıq doğurduğu vurğulanıb, iqtisadi, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub, Qırğızıstan baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin ölkəmizə səfərinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Səxavət