25 Oktyabr 13:34
2 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sülh müqaviləsini razılaşdırılmış bəndlər əsasında imzalamağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Xripsime Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistanın sülhlə bağlı mövqeyi dəyişməyib.

“Ermənistan razılaşdırılmış maddələr əsasında sülh müqaviləsini imzalamağa hazırdır. Bizim qiymətləndirməmizə və qənaətimizə görə, bu, münasibətlərin tənzimlənməsi üçün əsas prinsiplərin nədən ibarət olması suallarına tam cavab, həmçinin etibarlı sülh mühiti yaratmağa və prosesdə irəliləməyə imkan verir”, - Qriqoryan bildirib.

Rəsmi Bakı sülh müqaviləsinin yarımçıq imzalanması təklifini rədd edir. Çünki Ermənistan bununla əsas bəndlərin həllindən yayınır. Ən əsas bənd isə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. İrəvan məhz bundan yayınmaq üçün bu qəbuledilməz təklifində israr edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər