25 Oktyabr 16:22
3 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Bakıdan COP29 konfransında iştirak üçün dəvət alıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

Diplomat dəvətin xarici işlər naziri Ararat Mirzoyanın adına göndərildiyini bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanın COP29-da iştirakı məsələsi hökumət tərəfindən müzakirə olunur:

“Tədbirin gündəliyinə görə bu məsələ bir neçə aspektdə müzakirə edilir - həm sülhün bərqərar olması, həm də humanitar məsələlərin həlli baxımından. Bu, iqlim dəyişikliyi ilə bağlı ən mötəbər beynəlxalq tədbirdir. Bütün qeyd etdiyim halları nəzərə alaraq, yaxın vaxtlarda Ermənistanın hansı səviyyədə təmsil olunacağı ilə bağlı qərar qəbul edəcəyik”.

Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovannisyan qeyd edib ki, heç bir variant istisna olunmur.

Ölkə rəsmisinin fikrincə, hər şey qarşıdakı həftələrdə durumun inkişafından asılıdır.

Beynəlxalq tədbirə xarici işlər naziri Ararat Mirzoyanla yanaşı, Baş nazir Nikol Paşinyanın da qatılacağı ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər