18:58
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan BRİKS-ə üzv olmağa tələsməməlidir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik sözügedən qurumun Rusiyanın Kazan şəhərində keçirilən son toplantısında verilən qərara diqqət çəkib:

“BRİKS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycan yoxdur. Tələsmək lazım deyil. Azərbaycan BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirak edir, müzakirələrə qatılır və bu çərçivədə ikitərəfli təmaslardan faydalanır. Hələlik bu kifayətdir. BRİKS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub.

Argentina BRİKS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRİKS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər