25 Oktyabr 12:43
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-də Xankəndi şəhərində ölən erməni əsilli 70 yaşlı Vera Ağasyanın yaxınları onun cəsədinin Ermənistanda dəfn edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Veranın qızı Ermənistan mətbuatına bildirib.

Onun sözlərinə görə, Vera Ağasyanın 4 övladı olsa da, onu Ermənistana gətirməyə razı sala bilməyiblər.

“Anam kənddə yaşayırdı. Müharibə zamanı üç uşağımla Ermənistana köçmüşəm, anamın orada qaldığını bilmirdim. Sonra durmadan Ermənistana gəlməyə inandırdım, amma istəmədi”, - Veranın qızı deyib.

O qeyd edib ki, Vera xəstəlikdən həyatını itirib:

“Dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etmişəm, amma anamı istəməsə zorla gətirə bilməyəcəklərini söylədilər. Bir müddətdir anamla danışmırdım, xəstə olduğunu da bilmirdim. Bir neçə gün əvvəl ölüm xəbərini aldım. Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edəcəm ki, anamın cənazəsi Ermənistana gətirilsin və biz onu burada basdıraq”.

Azərbaycan Səhiyyət Nazirliyi bundan öncə Vera Ağasyanın ölümü ilə bağlı məlumat yayıb. 70 yaşlı qadının ölüm səbəbi kimi ağciyər arteriyasının trombozu nəticəsində inkişaf edən kəskin ürək-ağciyər çatışmazlığı göstərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər