25 Oktyabr 15:45
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan anlayır ki, sülh müqaviləsini vasitəçisiz imzalamaq mümkün deyil, buna görə də Türkiyəni vasitəçi kimi görür.

Teleqraf.com xəbər verir ki, bunu revanşist “Ermənistan” blokunun deputatı Armen Rüstəmyan deyib.

“Paşinyan açıq şəkildə Ərdoğandan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına vasitəçilik etməsini istəyib”, - siyasətçi bildirib.

Onun iddiasına görə, Paşinyan nəyin bahasına olur-olsun sazişin imzalanmasını istəyir: “Sülh müqaviləsi məsələsinin geosiyasi önəmi o qədər böyükdür ki, supergüclərlə regional dövlətlər arasında ciddi qarşıdurma var. Əlbəttə, heç kim bunun onun nəzarətindən kənar baş verməsini istəmir”.

Rüstəmyanın fikrincə, Cənubi Qafqazda ayrı-ayrı güclər arasındakı geosiyasi mübarizə Ermənistan üçün dağıdıcı ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər