26 Oktyabr 13:29
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr yazır ki, toplantıya hökumət üzvləri də qatılıb:

“Partiyanın rəsmi açıqlamasında deyilir ki, “Vətəndaş Müqaviləsi” üzvləri ilə xarici siyasi məsələlər müzakirə olunub.

“Joqovurd”da daxil olan məlumata görə, iclas hakim partiyanın deputatlarının təşəbbüsü ilə keçirilib və axşam saatlarına qədər davam edib.

Əldə etdiyimiz məlumata görə, Paşinyan son səfəri çərçivəsində keçirdiyi görüşlərin nəticələrini açıqlayıb. Söhbət Kazanda (Rusiya) keçirilən XVI BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən gedir.

Paşinyanın çıxışından sonra “Vətəndaş Müqaviləsi” üzvləri ona sülh müqaviləsi və sərhədlərin demarkasiyası ilə bağlı suallar veriblər. Deputatların bizə bildirdiklərinə görə, görüşdə Paşinyan yeni heç nə deməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər