25 Oktyabr 14:16
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə aiddir və tərəflərin mübadilələrini davam etdirdikləri saziş layihəsinin variantından da göründüyü kimi, bu, ikitərəfli sazişdir.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Xripsime Qriqoryan deyib.

Vasitəçilərə gəlincə, Qriqoryanın sözlərinə görə, bunlar sırf vasitəçilik xidmətləridir.

“Əlbəttə, Ermənistan istənilən qərəzsiz, maraqlı və konstruktiv vasitəçilik səylərini alqışlayır”, - deputat vurğulayıb.

Xripsime Qriqoryan İrəvanın sülh danışıqlarının ikitərəfli formada davam etdirilməsində maraqlı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər