10 Sentyabr 2019 20:42
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Xarici İşlər naziri David Zalkalianiyə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı təqdim olunub.

Teleqraf.com xəbər verir ki, medalı David Zalkalianiyə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdim edib.

Nazir bu mükafata Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri bu xüsusi medala layiq görüldüyünə görə Azərbaycan Prezidentinə təşəkkür edib. O bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin qədim tarixi var. Bu gün əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim hərtərəfli əməkdaşlığımız bundan sonra da davam etdiriləcək.

Səfir Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi altında Gürcüstan hökumətinin fəaliyyətinə uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com