7 Dekabr 2019 14:47
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında müzakirə olunan növbəti məsələ “İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub”.

Teleqraf.com xəbər verir ki, müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Sonuncu məsələ MSK-nın bəzi normativ xarakterli aktlarına aid olub.

Bu məsələ də müzkairə edilərək qəbul olunub.

İclasda yekun sözü ilə çıxış edən MSK sədri Məzahir Pəınahov bildirib ki, dairə seçki komissiyaları artıq bütün seçki sənədləri ilə təmin olunublar:

“Dünəndən bütün dairələrdə sənədlər var. Namizəd olmaq istəyənlər müvafiq formaları doldurub sənədlərin təqdim edə bilərlər. Müşahidəçilik məsələsi həmişə bizim diqqətimizdə olub. Müşahidə aparacaq vətəndaşlarla bağlı əvvəlki praktikanı tətbiq edəcəyik. Belə ki, müsbət cavab veriləcək şəxslərlə bağlı məsələ MSK-da müzakirə olunmayacaq. Lakin kimə “yox” cavabı veriləcəksə onun məsələsini müzakirəyə çıxaracağıq”.

MSK sədri KİV nümayəndələrinə müraciət edərək onları seçki ilə bağlı xəbərləri yayarkən məsuliyyətli olmağa çağırıb:

“Çox xahiş edirdik ki, bizə aid məsələləri – istər müsbət, istərsə də mənfi – gecikmədən çatdırasız. Xoşagəlməz məlumatla bağlı bizə məlumat verənlərə ikiqat “sağ ol” deyirik. Əlimizdən gələni etməliyik ki, ölkədə gedən proseslərdə MSK-nın rolu hiss olunsun. Elə etməliyik ki, qarşıdan gələn seçkilər ölkəmizin tarixinə parlaq səhifə kimi yazılsın”.

***

14:33

Mərkəzi Seçki Komissiyasının iclasında daha sonra “Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması” məsələsi müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bu məsələ barədə də MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, səsvermə gününə ən azı 60 gün qalmış MSK və dairə seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır. Belə ki, Seçki Məcəlləsində MSK-nın nəzdində 9, dairə seçki komissiyaları nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları yaradılması öz əksini tapıb.

Müzakirədən sonra MSK nəzdində və DSK-larda ekspert qrupu yaradılmasına dair qərar qəbul olunub.

***

14:21

Mərkəzi Seçki Komisiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

O, ilk olaraq V çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncamını oxuyub.

MSK sədri bildrib ki, Seçki Məcəlləsinin tələbinə əsasən MSK seçkinin keçirilməsinə dair müvafiq tədbirlər həyata keçirməldir: “Bu məqsədlə də bu gün Mərkəzi Seçki Komissiyasının iclası çağırılıb”.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə edilib.

Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, Təqvim Planında seçkilərin keçirilməsinə dair tədbirlərin – namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlər müəyyənləşdirilib.

Onun sözlərinə görə, MSK seçki günü ərzində 5 dəfə seçici fəallığına dair məlumat açıqlayacaq.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

İclas davam edir.


Müəllif: Səxavət Həmid