9 Mart 2020 11:41
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək.

Görüşdə COVID-19 virusuna qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığı davam edir.

Martın 6-da Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər