15 İyul 2020 11:50
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd il öncə – 2016-cı il iyulun 15-də FETÖ Türkiyə dövlətinə böyük təhdid yaratdı.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə səfirliyinin təşkil etdiyi onlayn konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O qeyd edib ki, bu təhdidinin aradan qaldırılmasında ən böyük pay dövlətini və demokratiyanı qorumaq üçün həyatını qurban verməyə hazır olduğunu ortaya qoyan türk xalqına aiddir:

“Türk xalqı 15 iyul gecəsi prezideninin çağırışı ilə küçələrə tökülmüş və çevrilişlərə keçid verməyəcəyini, iradəsinə heç kimin əngəl ola bilməyəcəyini bütün dünyaya göstərdi”.

Səfir qeyd edib ki, ötən 4 il ərzində Türkiyə dövlətinin təməl fəaliyyətlərindən birini ölkə daxilində və xaricdə FETÖ ilə mübarizə təşkil edib:

“Ölkə daxilində hüququn üstünlüyü əsas götürülməklə onların ədalət divanı önündə hesab verməsi təmin edilib. FETÖ-nün dövlət içindəki təşkilatlanması tam deşifrə edilib, mənsubları haqqında proseslər başlanılıb, nəhayət, təşkilatın paralel dövlət yapılanması çökdürülüb. FETÖ-nün dövlət qurumları içində qalıb təhsildən mediaya, bank sektoruna və iqtisadiyyatın digər sahələrinə nüfuz etməsi də ortadan qaldırılıb. Ölkə daxilindəki mücadiləmiz hüququn üstünlüyü və təməl insan haqlarının qorunması prinsipi ilə yürüdülüb”.


Müəllif: Səxavət