3 Oktyabr 2020 17:18
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik. “SU-25” ilə bağlı olan halı gördünüz. Guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi".

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: "Ona görə də media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər