4 Oktyabr 2020 14:35
3 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suvqovşanı (Madagiz) azad edən general Hikmət Həsənov Füzuli rayonun Pirəhmədli kəndində doğulub, boya başa çatıb. Pirəhmədli mənim dünyaya gəldiyim və uşaqlıq illərimin keçdiyi Aşağı Güzlək kəndi ilə qonşu kənddir. Ötən əsrin 70-ci illərində atam Pirəhmədli kənd orta məktəbində müəllim işləyib və uşaqlıqda o kəndə tez-tez gedərdik. Hikmət Həsənovla uzun müddətdir tanışıq. Hər zaman vətənpərvərliyi, milli qüruru və hərbi intizamı ilə seçilən hərbiçilərdəndir. Savaşdan öncədə danışmışdıq. O torpaqlarımızın tezliklə işğaldan tam azad olunacağına inanan və bu yolda canından keçməyə hazır olan vətənpərvər hərbçilərimizdəndir.

Teleqaf.com xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkədə qeyd edib.

"Hər ikimizin kəndi hələlik işğal altındadır. Əminəm ki, Ali Baş Komandanımızın əmri ilə başlanan əks-hücumumuz bizim kəndələrimiz də daxil olmaqla, bütün torpaqlarımızın qısa zamanda işğaldan tam azad olunmasına imkan verəcək.

Ali Baş Komandan İlham Əliyevin dünənki təbriki generalmız üçün həm ən xoş, həm də ən məsuliyyətli günü oldu İrəli, əziz qardaşımız! Əminəm ki, mərd və qorxmaz Azərbaycan ordusu bizlərə çox sevinclər bəxş edəcək. Yeni xoş xəbərlər və Böyük Qələbə yaxındadır, çox yaxında. Allah Azərbaycanı qorusun!", - deyə vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər