Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş oyuncaq Dağlıq Qarabağ rejiminin qondarma “müdafiə nazirliyi” son sutka ərzində 51 hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, qondarma qurumun saytında həlak olan 51 nəfərin adı, soyadı, atasının adı və təvəllüdü qeyd olunub.
Qeyd edək ki, separatçı rejimin yaydığı siyahıya əsasən çərşənbə gününə qədər ölən hərbçilərinin sayı 1067 nəfər idi. Son sutka ərzində həlak olan 51 hərbi qulluqçunu da bu rəqəmin üzərinə əlavə etdikdə qondarma rejimin 1118 hərbçi itirdiyi aydın olar.