12 Noyabr 2020 21:58
3 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. Orada hər hansı “oldu bitdi” müzakirə mövzusu deyil”.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq. Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, - deyə Akar bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyə sülhməramlılarının Qarabağ ərazisinə gəlməyəcəyini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər