"Dünyada tez istehsal edilən və etibar edəcəyimiz peyvəndi vətəndaşlarımızdan qabaq özüm sınaqdan keçirəcəm".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Fəxrəddin Qoca ölkədə bu il qrip peyvəndinin 2,3 milyona çatdırıldığını deyib: "İndiyə qədər risk qrupunda olan 600 min insan peyvənd olunub. 47-ci həftədəyik, buna görə 5 həftədir qrip yoxdur. Bu dövrün mövsümi qripi artıq COVID-dir”.
Nazir bildirib ki, xaricdə istehsal edilən və üçüncü mərhələdə olan peyvəndlər bu yaxınlarda lisenziyalaşdırıla bilər: "Pfizer və Çin Sinovac peyvəndlərinin üçüncü mərhələsi yerli universitetlərdə sınaqdan keçirilib və bu günə qədər heç bir problem olmayıb. Bundan əlavə, Rusiya istehsalı olan peyvənd də var. Pfizer vaksininin dekabr ayında gəlmə ehtimalı çox aşağıdır. Ən tez dekabrın 15-dən sonra lisenziyalaşdırıla bilər.
Lisenziya alanandan sonra yanvar ayından etibarən Türkiyə 1 milyon peyvənd ala bilər, il ərzində 25 milyona çatdırılma ehtimalı ilə.
Digər peyvənd isə Çin istehsalıdır. Dekabr ayında ən azı 10 milyon peyvənd alacağıq, bu sayı artırmaq istəyirik. Müqavilə bir-iki gün ərzində imzalanacaq. Dünyada ilk mərhələdə etibar edəcəyimiz peyvəndi özümdən başlayaraq vətəndaşlarımıza tətbiq etmək istəyirik. Bunun üçün də çox çalışırıq, əmin olun”.