10 Dekabr 2020 16:33
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Türiyə prezidentləri bundan əvvəl AXC-nin 100 illiliyi ilə bağlı hərbi parad keçirərkən açıq elan etmişdilər ki, günün birində Azadlıq meydanında qələbə paradı olacaq, qalib bayraq dalğalanacaq. Bu gün həmin gündür”.

Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Azadlıq meydanında keçirilən Zəfər paradı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı çoxdan qələbə paradı gözləyirdi:

“Hesab edirəm ki, bu hərbi parad 1918-ci ilin sentyabrın 15-də Bakının işğaldan azad edilməsindən sonra keçirilən parada bərabərdir. Bu parad bizim gücümüz, türk dünyasına yenidən qovuşduğumuz gündür. Türk dünyasının birliyidir. Zəfər paradı bütövlükdə türk dövlətləri, toplumları üçün bayramdır. Qədəmləri uğurlu olsun. Bu dostumuza və düşmənimizə mesajdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər