15 Dekabr 2020 21:28
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 peyvəndi istehsal edən ABŞ-ın “Pfizer” şirkətinin baş direktoru Albert Bourla peyvənd olunmaq istəmir.

Teleqraf.com xəbər verir ki, şirkətin direktoru bunu növbəsini gözləməklə izah edib.

Alber Bourla Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ilə həmfikir olduğunu deyib:

“Əvvəlcə səhiyyə işçilərinə, qocalar evi sakinlərinə və onlara baxan işçilərə üstünlük verilməsi fikri ilə razıyam. Öz növbəmi gözləyəcəyəm. Öncədən peyvənd olunmamaq məsələsində qərarlıyam”.

Baş direktor düşünür ki, əgər onun peyvənd olunması insanların vaksinə inamını artırarsa, peyvənd vurdurmağa razı ola bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər