18 Dekabr 2020 21:00
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər işğal altında saxladıqları azərbaycanlılara məxsus bütün dini, tarixi abidələri dağıdıb, vandalizmə məruz qoyub. Eləcə də Cəbrayıl rayonundakı dini, tarixi abidələrin böyük əksəriyyəti məhv edilib. Hər bir millətin tarixinin zənginliyi onun dəyərləri ilə ölçülür. Bu baxımdan ermənilər 30 ilə yaxın işğalda saxladıqları ərazilərdə tarixən bu torpaqlarda yaşamış azərbaycanlıların izlərini silməyə çalışıb. Görünən odur ki, ermənilər bunu məqsədli şəkildə edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Qubadlının Məmər kəndində olan məsciddə ermənilər işğal müddətində donuz saxlayıblar.

Deputat Füzuli rayonun Alxanlı, Ağdam məscidində ermənilərin işğal müddətində mal-qara saxladıqlarını söyləyib: “Ermənilər bu vəhşiliyi təkcə Azərbaycan, Alban abidələrinə qarşı etməyib. Xristian abidələrinə, din qardaşlarına da qarşı ermənilər barbarlıq edib. Qarabağda Xocavənd rayonundakı yeganə rus-provaslav kilsəsi ermənilər tərəfindən dağıdılıb, Alban abidələrini məhv edib saxtalaşdırıblar. Hansı abidələri saxtalaşdıra bilməyiblərsə onu məhv ediblər. Bu faktlara isə beynəlxalq qurumlar ciddi reaksiya verməyib. İkili standartlar ortadadır. Hətta bəziləri Qarabağda xristian abidələrindən narahatlıq ifadə edir. Amma dağıdılan məscidlərlə bağlı fikir bildirilmir”.

Ceyhun Məmmədov bildirib ki, dünya liderləri, din xadimləri Azərbaycanın tolerant, mültikultural ölkə olduğunu qeyd edir: “Bu, faktdır. Azərbaycanda bütün xristian abidələri dövlət tərəfindən qorunur. Hətta erməni kiləsi içərisində 5 minə yaxın ədəbiyyatla Bakının mərkəzində mühafizə olunur. Azəarbaycanda xristian abidələrinə münasibət bu cürdür. Ona görə də, bəzi Qərb dairlərinin narahatlığının heç bir əsası yoxdur. Dövlətimiz Qarabağdakı bütün dini tarixi abidələri qoruyacaq. Bu günə kimi ölkəmiz tarixi dəyərlərə hansı münasibəti göstəribsə, Qarabağda da analoji yanaşma olacaq”.

Deputatın sözlərinə görə, Qərbin məntiqindən belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq, sökmək, vandalizmə məruz qoymaq olar: “Amma xristian abidələrinə gəldikdə heç bir əsas olmadan onlarla bağlı narahatlıq ifadə edilir. Bu, açıq şəkildə ikili standartların göstəricisidir. Bu yenidən məsələyə bir tərəfli yanaşmadır. Azərbaycanda bügün xristian yəhudi icmaları dövlət tərəfindən müdafiə olunur. Bakının mərkəzində provaslav kilsəsi, iki sinaqoq, bir katolik, erməni kilsəsi var. Gəncədə rus-provaslav kilsəsi var. Xaçmazda, Qubada, Qırmızı qəsəbədə 3 sinaqoq fəaliyyət gösrətir. Bunların hamısı dövlət tərəfindən təmir, bərpa edilib. Dünyanın nadir yerlərində olan bir məsələdir ki, bu ocaların hər biri dövlətin yardımı əhatə olunub. Azərbaycanda xristian, yəhudi və digər dinlərin müayəndələrinə bütün köməkliklər göstərilir”.

Millət vəkili artıq Qarabağın işğaldan azad edilən bölgələrində Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə dini abidələrin təmirinə başlanılır. Orada olan bütün dini abidələrimiz artıq diqqətə alınıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər