13 Aprel 2021 11:27
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən cənab prezident Hərbi Qənimətlər Parkının açılışı mərasiminə qatıldı. Bu park Azərbaycanın qələbəsinin növbəti sübutudur. Burada qazilərlə görüşdü, bir sıra mühüm fikirlər söylədi. Hesab edirəm ki, cənab prezidentin nitqində işlətdiyi fikirlər olduqca əhəmiyyətə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Musa Quliyev deyib.

O əlavə edib ki, cənab prezident qələbənin əldə edilməsi haqqında danışarkən digər məqamlarla yanaşı üç amili xüsusilə qeyd etdi: “Bunlar güclü iqtisadiyyat, müasir yanaşma və vətən sevgisidir. Bu, həqiqətən belədir. Cənab Pezident İlham Əliyev torpaqlarımızın zamanında itirilməsini xatırlatmaqla bizim düşmənlərimizə də dərs verdi: “Tör-töküntülər, düşmənlər bilməlidirlər ki, xalqın dəmir yumruğu onların başını əzəcək”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı İlham Əliyev kimi xarizmatik, müdrik və uzaqgörən lideri olmasına görə xoşbəxtdir: “İlham Əliyev də xoşbəxt liderdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib. İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”.


Müəllif: Nemət