Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.
Teleqraf.com xəbər verir ki, təyyarənin göyərtəsində sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərin meyitlərinin olduğu ehtimal edilir.
Məlumata görə, təyyarədə sərhəddə törətdikləri təxribatlar nəticəsində saxlanılan erməni hərbçilər yoxdur.