19 May 2022 21:46
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, may ayının 16-da İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı Mircavad Mircəlal oğlu Musayevi güllələyərək öldürüb. Mayın 18-də onun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.

Teleqraf.com xəbər verir ki, Mircavad Musayev bu gün Şabran şəhər qəbiristanlığında dəfn edilib.

Atası pensiyaçı olan gənc hərbi xidmətdə də olub. Təxminən 5 aydır ki, onun Bakıya iş dalınca getdiyi bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər