Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün Ankara və ya İrəvanda növbəti görüşün keçirilməsini təklif edib, lakin hələlik cavab yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat verib.
“Əgər söhbət iki ölkə arasında münasibətlərin tənzimlənməsi prosesindən gedirsə, danışıqların üçüncü dövlətlərin və qüvvələrin iştirakı olmadan aparılması məntiqli olardı. Biz görüşün Ankara və ya İrəvanda keçirilməsini təklif etdik, lakin hələlik cavab almamışıq”, - mənbə bildirib.
Qeyd olunur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına maneələrdən biri də erməni diasporunun təzyiqidir. “Bəzi hallarda proses sabotaj edilir. Amma ümid edirik ki, nizamlanma prosesi davam edəcək”, - mənbə əlavə edib.
Xatırladaq ki, Ermənistan tərəfi Türkiyə ilə danışıqların sürətləndirilməsini, tezliklə sərhədlərin açılmasını təklif edib.