KTMT-nin bu gün İrəvanda keçiriləcək sammiti ermənilərin müsbət gözləntilərini doğrultmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Erməni nəşrinin fikrincə, KTMT-yə üzv dövlətlər Azərbaycan əleyhinə Ermənistanı dəstəkləməkdən çəkinəcəklər:
“Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində rəsmi media KTMT-yə qarşı hücuma keçib. Hakimiyyət nümayəndələri və ona yaxın çevrələrin KTMT əleyhinə açıqlamalarını tirajlayır. Onların fikrincə, KTMT Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməyib, sentyabrın 13-də və bundan əvvəl hərbi və digərləri dəstəkləri verməyib. Eyni zamanda, hökumətin qərbpərəst tərəfdarları KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanla bağlı müsbət qərar verəcəyinə ümid edərək, İrəvanda anti-Putin aksiyaları ilə bağlı açıqlamalar verirdilər.
KTMT-nin bu gün keçirilən sessiyasında Ermənistana birgə yardımın göstərilməsi məsələsi ilə bağlı iki aydan artıqdır ki, İrəvandan daxil olan müraciətin taleyi müzakirə olunmalıdır. Bu arada, Rusiyanın yüksək rütbəli rəsmilərinin açıqlamalarına əsasən, ermənilərin gözləntiləri özünü doğrultmayacaq.
Federal Şura sədrinin müavini Konstantin Kosaçev “Arqumentı i Faktı” qəzetinin KTMT və Rusiyanın Azərbaycana qarşı Ermənistana hərbi yardım edib-etməyəcəyi ilə bağlı sualına belə cavab verib:
“Fikrimcə, Ermənistanla Azərbaycan arasındakı konflikt KTMT-nin yurisdiksiyasına aid deyil, üzv dövlətlərin hər birinin bu məsələyə öz müstəqil münasibəti var”.